Layihələr

SSM - Small Stock Manager

SSM - Small Stock Manager vahid mərkəzdən çox böyük olmayan və satışı ədədlə həyata keçirən mağazaların idarə edilməsini həyata keçirmək üçün hazırlanmış proqram təminatıdır. SSM proqram təminatı həm kompüter, həm planşet, həmdə mobil telefonlarda istifadə etmək üçün çox sadə, interaktiv və responsiv olaraq mobil texnologiyalardan da istifadə etməklə hazırlanmışdır. Proqram təminatından istifadə üçün internetin və kompüter , planşet və ya mobil telefonun olması kifayət edir. Sistem internet üzərindən işləyir və dünyanın hər hansı bir nöqtəsindən mağazanızın vəziyyətinə, satışlarına, kassaya tam şəkildə nəzarət etmək olur. Planşet və mobil telefonlardan istifadə edərkən Android sistemlərdə "Play Store"-dan, İOS sistemlərdə isə "App Store" -dan proqramın linkini yükləməklə istifadə etmək olur. Sistemdə aşağıdakı funksionallıqlar var: • Anbar əməliyyatları İdarəetmə • Mağaza əməliyyatları İdarəetmə • Satışı əməliyyatları İdarəetmə • Kassa əməliyyatları İdarəetmə • Müştərilərlə əlaqələri İdarəetmə • Təchizatçı əməliyyatları İdarəetmə

Sürət Texnologiya