Layihələr

Performans Dəyərləndirmə Sistemi

Performansın qiymətləndirilməsi şəxslərin, vahidlərin ya da şirkətlərin performanslarının bəzi standartlara görə ya da “eyni mövqedə işləyənlərin performansları” bazasında “qiymətləndirilməsini” özündə birləşdirən bir prosesdir. Daha çox rəhbərlərin əsəs rol aldığı və “Performansın İdarəedilməsi” adı ilə də bilinən proses performansın inkişafı, təlim ehtiyaclarının təyini, karyeranın inkişafı və motivasiya sistemlərinin həyata keçirilməsi cəhətdən olduqca mühim bir məlumat toplama sistemidir. Performans qiymətləndirmədə ən son və ən populyar yanaşmalardan biri çox qaynaqlı performans qiymətləndirmə sistemidir. Şirkətlərdə bir çox işçinin birlikdə işləməyə başlaması və onlarla əlaqəli fərqli perespektivlərdən daha əhatəli və doğru məlumat alma ehtiyacının yaranması 360 Dərəcə Performans Qiymətləndirmə sistemini ortaya çıxarmışdır.

Sürət Texnologiya