Sıxlıqla verilən suallar

Ümidvarıq sualınızın cavabını buradan tapacaqsınız

ERP nədir?

ERP sistemi müəssisənin idarəetmə proseslərinin avtomatlaşdırılmasını təmin edən bir sistemdir. Enterprise Resource Planning ingilis dilindən "Müəssisənin resurslarının idarə edilməsi" kimi tərcümə olunur və əhəmiyyətli biznes proseslərinin, uçotunun, analizinin avtomatlaşdırılmasını vahid şəraitdə formalaşdırmağa icazə verən cəmləşdirilmiş proqram yığımıdır. Başqa sözlə, sistem özündə bu və ya digər müəssisələrin fəaliyyətini müəyyən edən bir sıra alt sistemləri birləşdirir. Layihənin qısa vaxt ərzində yüksək keyfiyyətlə həyata keçirilməsi üçün dəqiq planlaşdırma, işin düzgün paylaşdırılmasını və gələcəkdə resursların səmərəli istifadəsini birləşdirən bir sıra idarəetmə həllərindən və proqram vasitələrindən istifadə edən avtomatlaşdırılmış sistemdir.

Domen nə deməkdir və nə üçün istifadə olunur?

Domen veb saytınızın internetdəki adı və adresidir. Bu adres olmadan internet istifadəçiləri veb saytınıza girə bilməzlər.

Domen ip adresi adlanan kompüterlərin birbirini tanıması üçün istifadə olunan nömrələmə sisteminin bəsitləşidirilmiş və kəlimələr ilə ifadə edilən formasıdır. Misal üçün www.surat.az yazdığınızda internet öncə bunu ip adresinə çevirir sonra isə sizi bu ip adresinə yönləndirir.

Veb saytınızı ziyarət etmək istəyənlərin ip adresinizi bilmələri çətin olacağı üçün domen alaraq sayt daha asan yadda qalan bir hala gətirilir.

Domenlər ən az 1 ən çox 10 il arasında alına bilir. 

Yenə domenlər ən az 2 ən çox 63 simvoldan ibarət ola bilir. Hərf, rəqəm və - işarətini domenlərinizdə istifadə etmək olur.

Hostinq-in mənası nədir?

Veb-sayt yaradanlar saytı internetdə yerləşdirmək və istifadəçilərə tanıtmaq (hər hansı bir məhsul və ya xidmət haqqında hazırladığı səhifələri, şəkilləri,sənədləri) istəyirlər.Bunun üçün saytı xüsusi olaraq hazırlanmış, İnternet şəbəkəsinə çox surətli bağlantısı olan, minlərlə istifadəçiyə eyni vaxda xidmət verə bilən bir kompyuterdə (serverdə) yerləşdirmək lazımdır.

Sayta aid səhifələri, şəkilləri, sənədləri İnternet istifadəçilərinə təqdim edən kompyuterlərə Web Server, bu kompyuterin (serverin) yaddaşında sənədləri yerləşdirmək üçün ayrılmış yerə isə hostinq deyilir.

İnternet şəbəkəsindəki verilənlərin yerləşdirilməsini, saxlanılmasını hostinq ximətləri həyata keçirir. Web hostinq saytın İnternetdə yerləşdirilməsi, saxlanılması, istifadəçilərin sayta əlçatanlığını təmin edir. İnternetin yeni xidmət növüdür. Bu xidmətləri göstərən qurum Hostinq Provayder adlanır.